Vəzifə Haqqında
İş şəraiti
- İş yeri: Sabah Residence Kompleksi, Bakı şəhəri, Səbail rayonu
- Əmək haqqı: Müsahibə zamanı müəyyən ediləcək
- Məşğulluq növü: Tam ştat
Vəzifə Öhdəlikləri:
- Şirkət daxilində avtomatizasiya və optimizasiya tapşırıqları üçün skriptlərin hazırlanması.
- Google Sheets, CRM sistemləri və digər platformalar arasında məlumat axınının avtomatlaşdırılması.
- Bitrix24 daxilində məlumatların emalı, analiz edilməsi və kiçik texniki proseslərin avtomatlaşdırılması.
- API-lərlə inteqrasiya və məlumat ötürülməsi proseslərinin qurulması.
- Daxili proseslərlə bağlı məlumatların toplanması, təmizlənməsi və strukturlaşdırılması.
- Analitik hesabatların hazırlanması və qərarverməyə dəstək olmaq üçün məlumatların təhlili.
- Mövcud sistemləri qısa müddətdə mənimsəyərək daha sonra onların optimizasiyası üçün analitik və alqoritmik həllər təklif etmək.
Tələblər:
- Python üzrə yaxşı səviyyədə biliklər (pandas, numpy ilə sərbəst işləmə bacarığı üstünlükdür).
- SQL üzrə biliklər və sadə sorğular yazmaq bacarığı.
- API-lərin iş prinsiplərini anlama və müxtəlif servislərlə inteqrasiya qurmaq bacarığı.
- Bitrix platforması ilə təcrübəyə malik olmaq üstünlükdür.
- Məlumatların təmizlənməsi, emalı və strukturlaşdırılması üzrə təcrübə və ya öyrənmə potensialı.
- Yaxşı səviyədə İngilis və Rus dili biliyi
- Güclü analitik düşüncə və problem həll etmə bacarığı.
- Tez öyrənmə qabiliyyəti və davamlı inkişaf etməyə motivasiya.
- Dəqiqlik, məsuliyyət və komanda ilə işləmə bacarığı.
Müraciət Et
Data Engineer Təcrübəçi
Email ünvanı
hr@trenders.team
Kliklə kopyala
Təhlükəsizlik Xəbərdarlığı
İşəgötürənlər sizdən heç vaxt pul və ya şəxsi məlumat tələb etməməlidir.