Vəzifə Haqqında
Vəzifə öhdəlikləri:
- Gündəlik və həftəlik olaraq şirkətin öz vebsayt və mövcud olduğu digər platformalarda məhsulların və kampaniyaların əlavə olunması, mövcud məlumatların yenilənməsi.
- Kampaniya və endirimlərin vaxtında sayta yüklənməsi və korrektə edilməsi;
- Məhsul kateqoriyalarının düzgün yerləşdirilməsi, detallı təsvirlərin və qiymətlərin idarə olunması.
- Səhvlər və uyğunsuzluqların araşdırılması və düzəlişlərin edilməsi;
- Rəqiblərin qiymətlərini analiz etmək və qiymətləri onlara uyğunlaşdırmaq
- Veb saytla bağlı yeni funksionallıqla bağlı təkliflər hazırlamaq;
- Bazar trendlərinin, yeniliklərin izlənməsi və onların işdə tətbiqi;
- Kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələri təklif etmək və kifayət qədər sərbəst işləmək;
- Şirkətin öz saytında və digər platformalarında mesajların cavablandırılması və sifarişlərin qəbulu;
- Sifarişlərin satışının təşkili;
- Şikətin veb saytda məzmun (blog daxil olmaqla) paylaşmaq
- Verilən tapşırıqlara uyğun olaraq müvafiq dəyişikliklərin vaxtında icra edilməsi
- Rəhbərliyə həftəlik və aylıq hesabatlarının təqdim edilməsi
Tələb olunan bilik və bacarıqlar:
- Xanım namizədlərə üstünlük veriləcəkdir
- Yaş: 24–35
- Ali təhsil;
- Azərbaycan və rus dillərində sərbəst danışıq (ingilis dili üstünlükdür);
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
- MS Excel və MS Word proqramları ilə sərbəst işləmək bacarığı;
- Analitik düşüncə;
İş şəraiti:
- İş yeri: Əhməd Rəcəbli 31/5, Nərimanov, Bakı;
- 5 günlük iş qrafiki (09:00-dan 18:00-dək);
- Azərbaycan Respublikası ƏM əsasən rəsmiləşdirmə;
- Əmək haqqı - 600 Azn + bonus;
Müraciət Et
E-Commerce koordinatoru
Email ünvanı
cv@azrt.net
Kliklə kopyala
Təhlükəsizlik Xəbərdarlığı
İşəgötürənlər sizdən heç vaxt pul və ya şəxsi məlumat tələb etməməlidir.