Sistem və Şəbəkə Administratoru
Dünən
3500 AZN / Aylıq
Son: 07 Jan 2026
Vəzifə Haqqında
“Kaspian Telekom” MMC – Ailə TV “Şəbəkə Administratoru” vakansiyası elan edir.
İş yeri: Ailə TV Baş ofisi. Dilarə Əliyeva küç. 251A
Vəzifə öhdəlikləri:
- Core/edge/router və switch-lərin (Juniper/Cisco/MikroTik və s.) gündəlik idarəsi, konfiqurasiya və versiya yenilənməsi;
- L2/L3 dizayn və istismar: VLAN, STP/RSTP/MST, LACP, OSPF, BGP, MPLS (L3VPN/L2VPN);
- Upstream/transit, IX və peer-lərlə BGP qonşuluqları, route-policy və communities idarəsi;
- IPv4/IPv6 dual-stack planlama, CGNAT və public blokların idarəsi, RPKI/IRR obyektləri;
- QoS siyasətləri (VoIP/IPTV/oyun trafikləri üçün), multicast (IGMPv2/v3, PIM-SM/SSM);
- Monitorinq və müşahidə: SNMP/Telemetry, NetFlow/sFlow/IPFIX, Syslog; PRTG/Zabbix/Prometheus, Graylog/ELK;
- Trouble-ticketlərin həlli (incident/problem/change), RCA hazırlamaq, sənədləşdirmə (HLD/LLD, runbook).
Namizədə tələblər:
- İnternet provayderi və ya geniş IT infrastruktur mühitində 3 ildən artıq təcrübə;
- Yuxarıda qeyd olunan texnologiyalarda, xüsusilə BGP, MPLS, QoS və şəbəkə təhlükəsizliyi sahələrində dərin biliklər;
- Şəbəkə planlaması, tutum idarəedilməsi və performans optimallaşdırması təcrübəsi;
- Nasazlıqların sürətli aşkarlanması, təhlili və həlli bacarığı;
- Analitik düşüncə və yaxşı ünsiyyət bacarığı.
İş şərtləri:
- Rəsmi əmək müqaviləsi (ƏM) və sığorta;
- Sabit, daimi iş yeri;
- Rəqabətə davamlı əmək haqqı (3500 AZN);
- İş qrafiki: 09:00-18:00, növbəli həftə (bir həftə 5 gün iş, növbəti həftə 6 gün iş);
- Məzuniyyət: il ərzində 15 gün