Vəzifə Haqqında

Vəzifə öhdəlikləri:

  • Dövlət və Kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlerin müəyyən edilməsi;
  • Tələb olunan sənədlər toplusunun əldə olunması, dövlət orqanlarında təsdiqlənməsi və operativ şəkildə hazırlanması;
  • Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət;
  • Satınalmalar üzrə müsabiqələrin (açıq-qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və s.) təşkili, satınalmaların həyata keçirilməsi ilə bağlı sənədləşmələrin aparılması;
  • Tender fəaliyyətləri ilə bağlı risklərin müəyyən edilməsi və minimallaşdırılması üçün təkliflərin irəli sürülməsi;
  • İcra prosesində olan tenderlərin daxili nəzarət sisemində qeydiyyatı və iş prosesinin idarə olunması.


Namizədə dair tələblər:

  • Ali -Bakalavr təhsili (İqtisadiyyat, Maliyyə);
  • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
  • Satınalma proseslərini və ümumi prinsipləri anlamaq;
  • Azərbaycan dili və Rus dili  yüksək səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı;
  • 1C və MS Office (Word, Excel) yüksək səviyyədə bilmək.


İş şəraiti:

  • 5 günlük iş həftəsi (09:00 – 18:00);
  • Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müəyyən edilir;
  • Ünvan: Nəsimi ray,S.Vurğun küçəsi.